Türkiyə Futbol Federasiyası yığma komandanın baş məşqçisi Vinçenzo Montellanın müqaviləsini uzadacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Qeyd edək ki, Vinçenso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi postuna təyin olunub.
Montella yığma ilə ümumilikdə 23 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 12 qələbə qazanıb, 4 heç-heçə edib, 7-də məğlub olub.