• Bakı 25° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Evan Gessan Qarabağa qarşı oynayacağı üçün sevinir
İDMAN
10 Sentyabr 2022 | 16:29

Evan Gessan "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

"Bütün komandalar kimi hədəfimiz mümkün qədər çox xal toplamaq və qrupdan çıxmaqdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın "Nant" klubunun futbolçusu Evan Gessan evdə Yunanıstan "Olimpiakos"una 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun I tur oyunu barədə danışarkən deyib.

21 yaşlı hücumçu 3 gündən bir meydana çıxmağın yorucu olduğunu bildirib: "Amma istədiyimiz məhz budur. Mənim xoşum gəlir. Böyük turnirlərdə bu anları yaşamaqdan məmnunam".

Liqa 1 təmsilçisi qrupdakı növbəti oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək. Fransalı forvard Azərbaycana səfər edəcəkləri üçün sevincli olduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. /Report


SON XƏBƏRLƏR

26 Iyun 2025