• Bakı C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Füzulidə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərilib
CƏMİYYƏT
25 Yanvar 2026 | 13:18

Füzulidə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərilib

Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a veriləm məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.


SON XƏBƏRLƏR

24 Yanvar 2026