• Bakı 25° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Günəşdə çoxsaylı partlayışlar olub 
DÜNYA
02 Avqust 2025 | 14:59

Günəşdə çoxsaylı partlayışlar olub 

Son bir neçə gün ərzində Günəşdə 10-dan çox partlayış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş-Yer fizikikası institutu və Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, GOES rentgen monitorları vasitəsilə avqustun 1-də 15 günəş partlayışı qeydə alınıb, bir gün əvvəl isə onların sayı altı olub.

Rusiya Elmlər Akademiyasının laboratoriyasının məlumatına görə, partlayışların böyük hissəsi “4167 saylı yeni aktiv sahədə yaranıb, burada onunla birlikdə əmələ gəlmiş enerji sərf olunub”, qalanları isə Günəşin diskində nisbətən bərabər şəkildə səpələnib.

Alimlərin qiymətləndirməsinə görə, hazırda “partlayış aktivliyi sabitləşmə əlamətləri göstərir”, bundan əlavə, günəş ləkələrinin artımı da dayanıb.


SON XƏBƏRLƏR