• Bakı 23° C

    16.12 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

HƏMAS: İsrailin Dohaya hücumu heç nəyə təsir etməyəcək
DÜNYA
10 Sentyabr 2025 | 19:37

HƏMAS: İsrailin Dohaya hücumu heç nəyə təsir etməyəcək

Fələstinin HƏMAS radikal qruplaşmasının yüksək rütbəli üzvlərindən biri Husam Badran İsrail Müdafiə Qüvvələrinin təşkilatın Qətərin paytaxtı Dohadakı qərargahına zərbə endirməsindən sonra açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Hərəkat üzvünün sözlərinə görə, İsrailin hərəkətləri HƏMAS rəhbərliyinin qərarlarına və ya digər fraksiyalarla koordinasiyaya təsir etməyəcək.

Qəzet qeyd edir ki, Badran Qəzza zolağından kənarda yaşayan HƏMAS-ın yüksək səviyyəli lideridir. Nəşrin məlumatına görə, o, zərbələr zamanı Qətərdə olub və açıqlama verdiyinə görə, xəsarət almayıb.


SON XƏBƏRLƏR