Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç dekabrın 20-də Bakıdakı Zəfər parkını ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, Ervin İbrahimoviç parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Şəhidlər xiyabanını da ziyarət edib.
Ervin İbrahimoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakı 

















