İran və Pakistan ikitərəfli münasibətlərin hərtərəfli inkişafını davam etdirir.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.
O qeyd edib ki, xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqer Qalibafın Pakistana səfərləri üçün dəvət məktubları daxil olub və bu səfərlər münasib vaxtda həyata keçiriləcək.
Bəqai deyib ki, xüsusilə son aylarda Tehran və İslamabad arasında ikitərəfli münasibətlər daha böyük əhəmiyyət qazanıb və iki qonşu ölkə arasında qarşılıqlı səfərlər və görüşlər tamamilə təbiidir.
Bakı 











