• Bakı 25° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

İranda uçuş qadağası müddəti yenə uzadıldı
DÜNYA
20 Iyun 2025 | 14:16

İranda uçuş qadağası müddəti yenə uzadıldı

İran hava məkanında uçuş qadağası yenə uzadıldı.

Bakıvaxtı.az-ın yerli mətbuata istinadla xəbərinə görə, bunu İranın Yol və Şəhər İnkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhavan deyib.

Qeyd edək ki, qadağa iyunun 21-i saat 02:00-a kimi (Bakı vaxtı ilə 02:30) qüvvədə olacaq.

M.Əhavanın sözlərinə görə, hava məkanın bağlı qalması son hadisələrlə əlaqədar, sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin olunması məqsədil daşıyır.

"Ölkədə vəziyyət normallaşmayana qədər hava məkanı ilə bağlı tətbiq olunan məhdudiyyətlər qüvvədə qalacaq”, - deyə Məcid Əhavan bildirib.


SON XƏBƏRLƏR