İranın Türkiyədəki səfirliyi NATO dövlət başçılarının Ankarada keçirilən sammitinin yekun bəyanatına cavab olaraq, dinc nüvə proqramı və Hörmüz boğazındakı gəmiçiliklə bağlı irəli sürülən ittihamları əsassız adlandırıb.
Bakıvaxtı.az IRIB-yə istinadən xəbər verir ki, bəyanatda İranın nüvə proqramının tamamilə dinc xarakter daşıdığı vurğulanıb.
Qeyd olunub ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvü kimi İranın nüvə silahı əldə etmək niyyəti yoxdur.
"ABŞ və İsrail hərbi müdaxilələrə əl ataraq diplomatiyanı hədəfə alıb və bu hərəkətləri dəstəkləyən NATO-nun regionda sülh, təhlükəsizlik barədə danışmağa haqqı yoxdur", - bəyanatda deyilir.
Bakı 











