• Bakı 21° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

İsrail İranın atəşkəsi pozduğunu bəyan edib
DÜNYA
24 Iyun 2025 | 11:58

İsrail İranın atəşkəsi pozduğunu bəyan edib

İsrail Müdafiə Ordusu İranın atəşkəsi pozduğunu və ölkə ərazisinə yeni raket hücumları barədə məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumatnda bildirilib.

"Bir müddət əvvəl İsrailin şimalında İrandan ölkəyə doğru buraxılan raketlərin aşkarlanmasından sonra sirenalar səslənib", - məlumatda bildirilib.

Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri bir sıra əməliyyatları keçirir və "təhlükəni aradan qaldırmaq üçün lazım olan yerlərə zərbələr endirmək" niyyətindədir.

Öz növbəsində İsrail KİV-i qeyd edib ki, Hayfa bölgəsində, Yuxarı Qalileydə, Qərbi Qalileydə və Qolan təpələrində həyəcan siqnalları səslənib. Bildirilb ki, bu, İrandan şimali İsrailə doğru tək bir raket buraxılıb.


SON XƏBƏRLƏR