• Bakı C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

İsrailin XİN rəhbəri Azərbaycana yola düşdü
SİYASƏT
25 Yanvar 2026 | 19:09

İsrailin XİN rəhbəri Azərbaycana yola düşdü

İsrailin XİN rəhbəri Gideon Saarın rəhbərlik etdiyi 40 nəfərlik İsrail biznes nümayəndə heyəti Azərbaycana və Qazaxıstana yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bakıda İsrail Xarici işlər naziri Saar Azərbaycan Prezidenti İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramov və yəhudi icmasının liderləri ilə görüşəcək.

Astanada nazir Prezident Tokayev, xarici işlər naziri Koşerbayev və yerli yəhudi təşkilatları ilə danışıqlar aparacaq.

Səfərlər zamanı nümayəndə heyəti İsrail, Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə biznes forumlarında iştirak edəcək və kənd təsərrüfatı, su təchizatı, kibertəhlükəsizlik, mühəndislik və səhiyyə sahələrində çalışan sahibkarlarla görüşəcək.


SON XƏBƏRLƏR

24 Yanvar 2026