Mayın 15-də İstanbulda Rusiya ilə danışıqlarda Ukraynanı təmsil edəcək şəxslər məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, İstanbulda keçiriləcək danışıqlarda ölkəni Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak da daxil olmaqla azı dörd rəsmi şəxs təmsil edəcək.
Belə ki, nümayəndə heyətinə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və prezidentin müşaviri İqor Jovkvanın da daxil olduğu qeyd olunur.