• Bakı 15° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Bank kartlarından daha 20 min manat oğurlandı
HADİSƏ
15 May 2025 | 10:44

Bank kartlarından daha 20 min manat oğurlandı

Vətəndaşların bank kartlarından oğurluq davam edir.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Mayın 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 4100, 2000, 1945, 1000, 320, 300, 250, 180, 70, 49 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.


SON XƏBƏRLƏR