• Bakı 18° C

    14.85 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Daha 5 itkin-şəhid dəfn ediləcək - FOTO
CƏMİYYƏT
15 May 2025 | 10:22

Daha 5 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 5 itkin şəhid mayın 16-sı dəfn ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Məmmədov Yusif Mirzəli oğlu saat 12:00-da Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında, Rüstəmov Miriş Məhəmməd oğlu saat 14:00-da Ağcabədi şəhərində yerləşən Şəhidlər xiyabanında, Məmmədov Muxtar Bayram oğlu saat 12:00-da Şərur şəhərində yerləşən Şəhidlər xiyabanında, Abbasov Abuzər Tənzil oğlu saat 15:00-da Zərdab rayonu, Yuxarı Seyidlər kənd qəbiristanlığında, Ərzumanov Elşən İsaməddin oğlu saat 13:00-da Quba şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR

20 May 2025