• Bakı 18° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

İndoneziyada taksi sürücləri kütləvi tətilə başlayıblar

DÜNYA

20 May 2025 | 15:30

İndoneziyada taksi sürücləri kütləvi tətilə başlayıblar

Cakarta və İndoneziyanın digər böyük şəhərlərində taski sürücüləri aşağı maaşa etiraz olaraq küçələrə çıxıblar. 

Bakıvaxtı.az "Jakarta Globe"yə istinadən xəbər verir ki, aksiyaya çatdırılma xidmətinin işçiləri  də qoşulublar.

Taksi sürücülərinin əksəriyyəti kampaniyanı dəstəkləyərək, pik saatlarda müştərilərə xidmət göstərməkdən imtina ediblər.

Etiraz aksiyası Cakartanın mərkəzində ciddi iğtişaşlara səbəb olub.

İndoneziya Nəqliyyat İşçiləri Həmkarlar İttifaqının sədri Lily Pujianti etirazın səbəbini şərh edərək bildirib ki, sürücülər gündə cəmi 3-6 dollar qazanır, platformalar isə gediş haqqının 70% -ni alır.

 "Taksi işçiləri daha ədalətli iş şəraiti və hüquqi müdafiənin bərpa olunacağına ümid edirlər", - Pujianti qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR