• Bakı 18° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

İsrailin hücumu daha 50 nəfərin həyatına son qoydu

DÜNYA

20 May 2025 | 15:54

İsrailin hücumu daha 50 nəfərin həyatına son qoydu

İsrail ordusu Qəzza zolağına hava zərbələri endirib. 

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Hücum nəticəsində 33 nəfər uşaq olmaqla 50-dən çox fələstinli həlak olub.

Ölənlər arasında qadınlar və yaşlı şəxslər də var. Fələstin rəsmilərinin məlumatına görə, zərbələr yaşayış evlərinə, sığınacaqlara, iaşə və səhiyyə obyektlərinə endirilib.

Beynəlxalq təşkilatlar bölgədə humanitar vəziyyətin ağırlaşdığını bildirərək, tərəfləri təcili atəşkəsə və yardımların çatdırılmasına çağırıb.

Əli Quliyev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR