• Bakı 16° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Qabil Eyyubov vəzifəsindən azad edildi - yeni təyinat
CƏMİYYƏT
15 May 2025 | 10:20

Qabil Eyyubov vəzifəsindən azad edildi - yeni təyinat

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.

O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub.

Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.


SON XƏBƏRLƏR