• Bakı 26° C

    12.8 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Kirill Budanov: Ukraynadakı siyasi vəziyyət hələ böhrana çevrilməyib
DÜNYA
28 Avqust 2026 | 19:21

Kirill Budanov: Ukraynadakı siyasi vəziyyət hələ böhrana çevrilməyib

Ukraynadakı siyasi vəziyyət gərgindir, lakin hələ ki, böhran mərhələsinə keçməyib.

Bakıvaxtı.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib.

O, həmçinin cəmiyyəti müharibə dövründə daxili parçalanmaya yol verməməyə çağırıb: "Birincisi, bunun böhran olduğunu düşünmürəm. Bu, gərginlikdir, lakin hələ ki, böhran deyil".

K.Budanov, həmçinin müharibə zamanı seçkilərin keçirilməsini problemli adlandırıb.

"Müharibə dövründə seçkilər problemdir. Bu, sadəcə problemdir", – deyə o, söhbətin həm hüquqi, həm də praktiki aspektlərdən getdiyini izah edərək bildirib.

O, siyasi gərginlikdən çıxış yolunun həmişə olduğunu vurğulayaraq, bütün tərəfləri bir az sakitləşməyə və Ukraynadakı vəziyyətə diqqət yetirməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR