• Bakı 21° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb - YENİLƏNİB
DÜNYA
07 Iyun 2025 | 23:15

Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb - YENİLƏNİB

Almaniyanın Passau şəhərində avtomobilin bir qrup insanı vurması nəticəsində 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Bild” qəzeti məlumat yayıb. 

    Avtomobilin hədəf alındığı beş nəfərdən ibarət qrupda kişinin 38 yaşlı arvadı və beş yaşlı qızı da olub. 

    Onlardan biri nəfər orta, dörd nəfər isə yüngül xəsarət alıb. Şahid ifadələri ilkin olaraq onu deməyə əsas verir ki, hadisə uşağın qəyyumluğu ilə bağlı mübahisə zəminində baş verib. 

    ***

    20:50

    Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

    Hadisə nəticəsində bir neçə nəfər, o cümlədən avtomobilin sürücüsü olduğu iddia edilən şəxsin həyat yoldaşı və qızı xəsarət alıb. Artıq sürücü saxlanılıb.

    Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.


    SON XƏBƏRLƏR

    07 Iyun 2025