• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Kiyev müharibəni davam etdirmək istəyir - Peskov
DÜNYA
26 Noyabr 2026 | 14:28

"Kiyev müharibəni davam etdirmək istəyir" - Peskov

Avropa tərəfindən təşviq edilən Kiyev sülh prosesinə daha az meyillidir və müharibəni davam etdirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Aİ sammiti 26-27 noyabr tarixlərində keçiriləcək. Aİ liderləri Ukraynaya yardım üçün maliyyələşdirmə də daxil olmaqla yeddi illik büdcəni müzakirə edəcəklər. Jurnalistlər Peskovdan Kremlin görüşü izləyib-izləmədiyini soruşublar.

"Avropalılar tərəfindən təşviq edilən və təhrik edilən Kiyev rejimi sülh prosesinə daha az meyllidir və müharibəni davam etdirmək niyyətindədir. Bu, ilk növbədə Ukrayna vətəndaşlarının maraqlarına, eləcə də məktəbləri təmir etmək, yeni xəstəxanalar və sosial müəssisələr tikmək, müavinətlər ödəmək və müəllim və həkimlərinin maaşlarını artırmaq əvəzinə, bu pulları sursata xərcləyən Avropa ölkələri vətəndaşlarının maraqlarına xələl gətirir", - deyə Peskov jurnalistlərə cavabında deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026