• Bakı 27° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirildi
HADİSƏ
29 Iyun 2025 | 10:45

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirildi

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


    SON XƏBƏRLƏR

    28 Iyun 2025