Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub.
Bakıvaxtı.az NBC news telekanalına istinadən xəbər verir ki, bu barədə məhkəmə-tibbi ekspertiza xidməti məlumat verib.
"Həlak olanların kimliyinin müəyyənləşdirilməsi prosesi bir neçə həftə çəkə bilər, çünki məhkəmə-tibbi ekspertiza departamenti yanğın şəraiti və təhlükəsizlik səbəbləri ilə əlaqədar müəyyən ərazilərə girişi əldə edə bilmir", - qurumun məlumatında vurğulanıb.