Ekvadorda "Miss Ekvador–2024" titulunun sahibi olan tanınmış model Mariya Lorena Arquello 28 yaşında vəfat edib.
Bakıvaxtı.az kult.az-a istinadən xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, model öz toyuna cəmi bir neçə gün qalmış dünyasını dəyişib.
Ekvador gözəlinin hansı səbəbdən öldüyü açıqlanmayıb.
Xatırladaq ki, model 1997-ci il martın 12-də anadan olub. O, Las-Amerikas Universitetində təhsil alıb və cərrah ixtisasına yiyələnib.