• Bakı 21° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Milllimiz Belarusda təlim-məşq toplanışı keçəcək
İDMAN
06 Iyun 2025 | 12:07

Milllimiz Belarusda təlim-məşq toplanışı keçəcək

Yeniyetmə oğlan voleybolçulardan ibarət Azərbaycan millisi (2008-2009 təvəllüdlülər) Belarusa yola düşüb.

Bakıvaxtı.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.

İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.

Qeyd edək ki, yığma bu il Azərbaycanda keçiriləcək III MBD Oyunlarında iştirak edəcək.


SON XƏBƏRLƏR

06 Iyun 2025