• Bakı 21° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Müharibə canilərini “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışırlar - Deputat
SİYASƏT
24 Iyun 2025 | 11:39

"Müharibə canilərini “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışırlar" - Deputat

"Azərbaycan Respublikasının fundamental beynəlxalq-hüquqi öhdəliklərinə uyğun olaraq soyqırım, insanlıq əlehinə cinayətlər və müharibə cinayətlərinə görə ədalət mühakiməsinin həyata keçirilməsinə rəğmən, bəzi Qərb dairələri bu məsələyə selektiv yanaşma sərgiləyir, müharibə canilərini “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışırlar". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Nizami Səfərov deyib.

Onun sözlərinə görə, beynəlxalq cinayətlərə görə cəzasızlığın aradan qaldırılması istiqamətində atılan ardıcıl addımlar birmənalı olaraq milli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsindədir. 

"İlk növbədə vurğulamaq lazımdır ki, müharibə canilərinin təqib edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilən ərazi və vətəndaşlıq prinsiplərinə əsaslanır. Hazırda milli məhkəmə baxışının predmeti olan cinayət əməlləri Azərbaycanın ayrılmaz tərkib hissəsi - Qarabağda baş vermişdir və bu əməllərə münasibətdə ərazi yurisdikisyası tətbiq edilir. Digər tərəfdən insanlıq məvhumunu sarsıdan cinayətlərin qurbanları Azərbaycan vətəndaşlarıdırlar və bu faktor öz növbəsində milli cinayət yurisdiksiyasının tətbiqi üçün legitim hüquqi bağlantı yaradır".  
 
N.Səfərov nəzərə çatdırıb ki, ikinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan beynəlxalq humanitar hüququn bünövrəsini təşkil edən universal müqavilələrin iştirakçısıdır və öz öhdəliklərinə ciddi formada riayət edir. 

"12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyalarının hər birində müharibə cinayətləri törətmiş şəxslərin cinayət təqibi öhdəliyi açıq şəkildə təsbit olunmuşdur. Analoji hüquqi öhdəlik Azərbaycanın 31 may 1996-cı il tarixində qoşulduğu “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın 1-ci maddəsində əksini tapıb. Maraq doğuran digər məqam ondan ibarətdir ki, BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən hazirlanan və Baş Assambleya tərəfindən qəbul olunması nəzərdə tutulan “İnsanlıq əlehinə cinayətlərin qarşısının alınması və onların  cəzalandırılması haqqında” Konvensiya layihəsinin 3-cü maddəsində bu əməllərin beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət kimi tövsif olunması və hər bir dövlət tərəfindən cəzalandırması əksini tapıb".

Mina Mikayılova


SON XƏBƏRLƏR