• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

MÜTDA: Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb
CƏMİYYƏT
27 Iyun 2025 | 17:36

MÜTDA: Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı saxta xəbər- “fake news” kampaniyası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

"Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır. İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib. Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur", - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR