Pakistanın Gilgit-Baltistan və Bəlucistanda qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Gilgit-Baltistanda güclü qarın yağmasından sonra Diamerdəki müşahidə qülləsi evin üzərinə çökərək dörd nəfərin ölümünə səbəb olub.
Bəlucistanda isə Zhob şəhərində leysan yağışı nəticəsində damın uçması bir uşağın həyatına son qoyub, iki nəfər xəsarət alıb. Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verən qəzalardan sonra xəstəxanaya yerləşdirilib.
Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrində əlverişsiz hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.
Bakı 












