• Bakı 26° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Paşinyan: Əsas məqsədimiz regional əməkdaşlıq və inkişafdır
DÜNYA
14 Avqust 2025 | 12:02

Paşinyan: "Əsas məqsədimiz regional əməkdaşlıq və inkişafdır"

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla imzalanmış birgə bəyannamənin region və beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.

Belə ki, o, bu barədə "Fox News" kanalına müsahibəsi zamanı deyib.

O qeyd edib ki, razılaşma bütün tərəflərin qələbəsidir. Paşinyan müsahibəsində deyib ki, saziş İran və Rusiyaya dəmir yolu əlaqəsi vasitəsilə iqtisadi faydalar gətirəcək.

Baş nazir vurğulayıb ki, saziş Cənubi Qafqazda sülh, sabitlik və davamlı əməkdaşlığı təmin edəcək.

O həmçinin bəyan edib ki, əsas məqsəd gərginliyi artırmaq deyil, regional əməkdaşlıq və inkişafdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Avqust 2025