Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Bütün Ermənilərin Katolikosu II Qareginin subaylıq andını pozması və övladının olması ilə bağlı məsələlərə aydınlıq gətirməsini istəyib.
Bakıvaxtı.az xəbər verir ki, Nikol Paşinyan sosial şəbəkə hesabında “Biz subaylıq andını pozması və övladının olması ilə bağlı məsələyə onun aydınlıq gətirməsini gözləyirik” yazıb.
“Susmaq - razılaşmaq və özünü Katolikosun İqamətgahından çıxarmaq deməkdir.
Həqiqəti söyləmək - o da özünü Katolikosun İqamətgahından çıxarmaq deməkdir.
Aldatmaq - o da, həmçinin, özünü Katolikosun İqamətgahından çıxarmaq geməkdir”, - deyə erməni Baş nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddətdir ki, II Qareginin subaylıq andını pozması və övladının olması ilə bağlı məsələlərə aydınlıq gətirməsini tələb edir.
II Qaregin isə bununla bağlı hələlik heç bir açıqlama verməyib.