• Bakı 25° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Paşinyan II Qaregini hakimiyyət dəyişikliyinə dəstək verməkdə ittiham edib
DÜNYA
07 Iyul 2025 | 10:16

Paşinyan II Qaregini hakimiyyət dəyişikliyinə dəstək verməkdə ittiham edib

"Əgər Ktriç Nersisyan (II Qaregin – red.) Vazgen Qalstanyan (Baqrat) və Gevorq Acapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, o, adıçəkilən şəxslərin ideologiyasını və ölkədə hərbi çevriliş etmək, insanları küçələrdə güllələmək, xaos yaratmaq planlarını dəstəkləyir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk hesabında paylaşıb.

“Belə olduğu təqdirdə, Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan heç bir ərazi hüquq-mühafizə orqanlarının fəaliyyətindən kənarda qala bilməz. Xüsusilə də ona görə ki, Ktriç və bir neçə digər şəxsin sayəsində həmin ərazilər əxlaqsız davranışlar üçün hələ də əlverişlidir”, - o qeyd edib.

Qeyd edək ki, ötən ay arxiyepiskop Vazgen Qalstanyanın lideri olduğu hərəkatın Ermənistanda terror və hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.


SON XƏBƏRLƏR