• Bakı 29° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Pezeşkian BMT iclasında iştirak edəcək?
DÜNYA
10 Avqust 2026 | 12:40

Pezeşkian BMT iclasında iştirak edəcək?

İran Prezidenti Məsud Pezeşkian bu ilin sentyabrında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edə bilər.

Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai brifinqdə bildirib.

Eyni zamanda, o qeyd edib ki, Pezeşkianın səfəri ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

"İran İslam Respublikasının nümayəndə heyəti adətən hər il prezident səviyyəsində Baş Assambleyanın sessiyasında iştirak edir. Bu, BMT-nin ən vacib illik tədbiridir və mövqeyimizi çatdırmaq üçün həmişə bu fürsətdən istifadə etmişik. Bu il də bu imkandan yararlanmağı planlaşdırırıq. Əlbəttə, hər şey vəziyyətdən asılıdır və bu məsələ ilə bağlı məlumat yaxın həftələrdə təqdim olunacaq", - İ.Bəqai qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026