• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Polşa ordusu Almaniya sərhədində əməliyyata başlayıb
DÜNYA
07 Iyul 2025 | 16:20

Polşa ordusu Almaniya sərhədində əməliyyata başlayıb

Polşa ordusu sərhəd xidməti və polisə kömək etmək üçün Almaniya ilə sərhəddə "Təhlükəsiz Qərb" əməliyyatına başlayıb. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib. 

Onun sözlərinə görə, "Təhlükəsiz Qərb" əməliyyatının zonası Litva ilə sərhədə qədər genişləndirilib:

"Əməliyyata 5000-ə qədər hərbçi cəlb oluna bilər".

Respublika Daxili İşlər Nazirliyinin rəisi Tomaş Siemonyak bildirib ki, əməliyyata 800 sərhədçi cəlb edilib, onlara 300 polis əməkdaşı, 200 hərbi jandarma hərbçisi və ərazi müdafiə qoşunlarının 500 əsgəri dəstək verib. Təlimin məqsədi qeyri-qanuni miqrasiya ilə mübarizədir.

Gülşən Şərif


SON XƏBƏRLƏR