Prezident İlham Əliyev Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı paylaşımında deyilir:
“Prezident Kasım-Jomart Tokayevə İran dövləti tərəfindən Naxçıvana edilən hücumları pislədiyinə və Azərbaycanla Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”.
Bakı 












