Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”də prokurorluq əməkdaşları da iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon, idman mədəniyyətinin inkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək və cəmiyyətdə idmanın əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.
Marşrutu ümumilikdə 21 km-lik məsafəni əhatə edən marafonda peşəkar idmançılardan tutmuş həvəskar iştirakçılara qədər bir çox şəxs bu möhtəşəm yarışda iştirak edib.
Prokurorluq əməkdaşları da tədbirdə aktiv şəkildə iştirak edərək, idmanın və sağlam həyat tərzinin təbliği istiqamətində öz dəstəyini göstərib.