• Bakı 18° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Qarabağ Fransa millisinin keçmiş oyunçusunu transfer etdi
İDMAN
18 May 2026 | 19:29

"Qarabağ" Fransa millisinin keçmiş oyunçusunu transfer etdi

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

Ağdam təmsilçisindən Bakıvaxtı.az-a verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.


SON XƏBƏRLƏR