• Bakı 18° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Qarabağ və Şərqi Zəngəzurdakı bütün yarımstansiyaların damında günəş panelləri var
İQTİSADİYYAT
22 May 2025 | 15:28

Qarabağ və Şərqi Zəngəzurdakı bütün yarımstansiyaların damında günəş panelləri var

Qarabağ və Şərqi Zəngəzur çox qısa müddətdə sıfır karbon emissiyası olan regiona çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə yerləşən bütün yarımstansiyalarının damında günəş panelləri mövcuddur: "Biz COP29-da elan etmişdik ki, Qarabağ və Şərqi Zəngəzur 100 % "yaşıl enerji" ilə təmin ediləcək. Hazırda bu bölgədə bütün yarımstansiyalarımızın damında günəş panelləri var. Eyni zamanda, qarşısında dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Təlim Tədris Kompleksinin damında 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində "yaşıl texnologiyalar"dan istifadə olunur", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR