Qaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, xəsarət alanlar "VAZ-21099"un sürücüsü Qax rayonu, Turaclı kənd sakini, 1986-cı il təvəllüdlü Şahlar Bəşirov, 9 yaşlı Ö.A. və 12 yaşlı İ.A-dır.
***
18:28
Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır.