• Bakı 20° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

“Real tarix və “böyük Ermənistan” uydurması” kitabının onlayn versiyası 11 dildə təqdim edilib
CƏMİYYƏT
17 Iyun 2025 | 16:34

“Real tarix və “böyük Ermənistan” uydurması” kitabının onlayn versiyası 11 dildə təqdim edilib

“Real tarix və “böyük Ermənistan” uydurması” kitabının onlayn versiyası 11 dildə - Azərbaycan, türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan, fransız və ibri dillərində Azərbaycan Tarixi Elektron Kitabxanasında yerləşdirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, əsərin müəllifi AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovdur.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. İlk dəfə olaraq sübut edilir ki, müasir ermənilər “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb.

“Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.


SON XƏBƏRLƏR