Rusiya Ukraynanın Dnepr vilayətinə raket zərbələri endirib.
Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak telegram kanalında məlumat verib.
Məlumata görə, Dneprin Samara şəhərinə edilən hücumda 3 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb.