• Bakı 26° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Rusiya və ABŞ prezidentləri arasında görüş 6-7 saat davam edə bilər
SİYASƏT
15 Avqust 2025 | 23:00

Rusiya və ABŞ prezidentləri arasında görüş 6-7 saat davam edə bilər

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Alyaskada keçiriləcək sammiti planlaşdırılan çoxsaylı tədbirlərə görə təxminən 6-7 saat davam edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, liderlər əvvəlcə köməkçilərin iştirakı ilə təkbətək görüşəcəklər. Sonra nümayəndə heyətlərinin tərkibində, ola bilsin, işçi nahar formatında danışıqlar planlaşdırılır. Daha sonra görüş prezidentlərin birgə mətbuat konfransı ilə yekunlaşacaq.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər Ukrayna nizamlanmasının müzakirəsinə diqqət yetirəcək, həmçinin ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.


SON XƏBƏRLƏR

15 Avqust 2025