• Bakı 24° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Rusiya Xəzərdə kütümün ovunu qadağan etməyi planlaşdırır
CƏMİYYƏT
14 Avqust 2025 | 20:32

Rusiya Xəzərdə kütümün ovunu qadağan etməyi planlaşdırır

2026-cı il aprelin 1-dən mayın 20-dək Xəzər dənizində və Dağıstan Respublikasının su hövzələrində kütümün sənaye ovunun qadağan edilməsi planlaşdırılır. Dəyişikliklər layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, layihəyə dair izahedici yazıda sənədin Ümumrusiya Balıqçılıq və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlandığı qeyd olunur.

Dağıstanda artıq bir neçə ildir ki, qiymətli balıq növü olan kütümün sənaye ehtiyatı və buna uyğun olaraq ovu kəskin şəkildə azalır. Problemin həlli üçün süni artırma üsulundan da istifadə olunur.


SON XƏBƏRLƏR