• Bakı 26° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Rusiyada helikopter radardan itdi - 5 nəfər...
DÜNYA
14 Iyul 2025 | 18:00

Rusiyada helikopter radardan itdi - 5 nəfər...

Rusiyanın Xabarovsk diyarında "APК Vzlyot" şirkətinə məxsus Mi-8 tipli helikopterin itkin düşməsi ilə bağlı yeni detallar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, RIA Novostinin məlumatına görə, hava gəmisindən xəbər siqnalı (SOS) göndərilməyib.

Hadisə yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 11:30-da) baş verib. Helikopter Oxotskdan havaya qalxaraq təyinat nöqtəsinə doğru hərəkət edərkən radarlardan itib. Oxotsk rayonunun dispetçer xidmətindən verilən məlumata görə, uçuş zamanı hava şəraiti buludlu olsa da, yağıntı müşahidə olunmayıb.

Hazırda ərazidə aktiv axtarış-xilasetmə əməliyyatları aparılır. Həmçinin Rusiya FHN-in Xabarovsk xilasedici mərkəzindən əlavə bir Mi-8 helikopteri də axtarışlara cəlb olunub.

Bildirilib ki, helikopterin göyərtəsində beş nəfər - üç ekipaj üzvü və iki texniki mütəxəssis olub.


SON XƏBƏRLƏR