• Bakı 27° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Sabah MİQ imtahanları keçiriləcək
CƏMİYYƏT
07 Iyul 2025 | 10:05

Sabah MİQ imtahanları keçiriləcək

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi sabah davam etdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, imtahanların keçirləcəyi tarix, saat və yer barədə məlumat bir neçə gün öncə iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Sabah danamizədlər iki seansda imtahan verəcəklər.

Günün birinci yarısında ingilis dili və alman dili, ikinci yarısında isə kimya və riyaziyyat fənləri üzrə test imtahanları keçirləcək.

MİQ imtahanları iyulun 3-10-u aralığında keçiriləcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
a
Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır


SON XƏBƏRLƏR