Silahlı münaqişələr, geosiyasi gərginliklər və humanitar böhranlar insan həyatını təhlükə altına qoyur, inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Kambocada keçirilən İkinci Parlamentlərarası Spikerlər Konfransına ünvanladığı videomüraciətdə səsləndirib.
Qeyd edilib ki, spiker "Sülh və ümumi rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həlli" mövzusuna həsr olunmuş konfransın məqsədlərinin bu gün xüsusilə aktual olduğunu vurğulayıb.
"Heç bir ölkə təkbaşına davamlı sülhü təmin edə bilməz və heç bir cəmiyyət təcrid şəraitində çiçəklənə bilməz.
Sülhün beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayan Milli Məclisin sədri qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə ardıcıl olaraq hörmət edilməli, mübahisələr dialoq, danışıqlar və digər sülh vasitələri ilə həll edilməlidir" - deyə, spiker vurğulayıb.
Videomüraciətində parlamentlərin bu prosesdə praktiki məsuliyyətinə toxunan spiker Sahibə Qafarova parlament diplomatiyasının bu gərginliyi azalda, inamı gücləndirə və mübahisələrin sülh yolu ilə həllinə töhfə verə biləcəyinə inamını bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.












