• Bakı 24° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Səfir: Kiyev Rusiya ilə uzunmüddətli atəşkəsdə maraqlı deyil
DÜNYA
12 Iyun 2025 | 14:56

Səfir: Kiyev Rusiya ilə uzunmüddətli atəşkəsdə maraqlı deyil

"Kiyev və Moskva arasında uzunmüddətli atəşkəs mümkün deyil".

Bakıvaxtı.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Aİ-nin Ukraynadakı səfiri  Katarina Maternova deyib.

O, Kiyev və Moskva arasında uzunmüddətli atəşkəsin mümkünlüyünü rədd edib. Çünki bu, Ukraynanın maraqlarına uyğun deyil. 

"Hamı müvəqqəti atəşkəslə münaqişənin yekun həlli arasındakı fərqi başa düşür. Atəşkəsin dondurulmuş münaqişəyə çevrildiyi xətt çox incədir. Əgər kimsə bunu unudarsa, Ukrayna xatırladacaq ki, atəşkəs münaqişə tərəfləri arasında yalnız müvəqqəti fasilədir", - səfir bildirib. 

Diplomat həmçinin Rusiya lideri Vladimir Putini niyyətləri ilə bağlı illüziyalara yol verməməyə çağırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR