• Bakı 26° C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

SİMA EVC elektron imza olmadan şəxsiyyəti təsdiqləyir
CƏMİYYƏT
09 Sentyabr 2025 | 10:22

SİMA EVC elektron imza olmadan şəxsiyyəti təsdiqləyir

Azərbaycanda rəqəmsal xidmətlərin inkişafı istiqamətində mühüm addım olan SİMA EVC istifadəyə verilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "AzInTelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə" tədbirində məlumat verilib.

Məlumata görə, bu həll vasitəsilə istifadəçilər elektron imzaya ehtiyac duymadan öz şəxsiyyətlərini rəqəmsal mühitdə təsdiqləyə bilirlər.

Qeyd edilib ki, 2023-cü ildə işə salınan xidmət vətəndaşlara vaxt itirmədən identifikasiya imkanı yaradır. 

Növbəti mərhələdə SİMA Videozəng və SİMA Videoqeyriyyət kimi yeniliklər də tətbiq ediləcək. Bu addımlar ölkədə elektron hökumət xidmətlərinin əlçatanlığını daha da artıracaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR