• Bakı 28° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Sirkədən zəhərlənən 2 nəfər öldü
CƏMİYYƏT
11 Avqust 2026 | 11:25

Sirkədən zəhərlənən 2 nəfər öldü

Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib.

Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb.

Oxşar hadisə Ucar rayonunda baş verib. Avqustun 9-u saat 11 radələrində Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşına məxsus Ucar şəhərindəki evdə sirkə turşusundan zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş V.İmanova orada vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026