Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyaya səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, Şoyqunun KXDR lideri Kim Çen Inla danışıqlar aparacağı planlaşdırılıb.
Məlumata görə, əsas müzakirə mövzusu iki ölkə arasında strateji əməkdaşlıq olacaq. İkitərəfli məsələlərlə yanaşı, əsas beynəlxalq məsələlər, o cümlədən Ukraynadakı vəziyyət də müzakirə olunacaq.