İsrail Vaşinqtonu əmin edib ki, ABŞ prezidenti Donald Tramp Tehranla danışıqların nəticəsiz qalacağına işarə etməsə, İranın nüvə obyektlərinə zərbə endirməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Axios” portalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail məsələ ilə bağlı mövqeyini ötən həftə strateji işlər naziri Ron Dermer, “Mossad” direktoru Devid Barnea və milli təhlükəsizlik müşaviri Tzaçi Hanegbi tərəfindən Vaşinqtona səfəri zamanı çatdırıb.