• Bakı 27° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Sumqayıt-Bakı qatarı yolda qaldı
CƏMİYYƏT
07 Iyul 2025 | 10:22

Sumqayıt-Bakı qatarı yolda qaldı

Bu gün Sumqayıtdan Bakıya hərəkət edən qatarda problem yaranıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, qatar təxminən 40 dəqiqəyə yaxın yolda qalıb. 

Problemlə bağlı ADY-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qatarın hərəkəti üçün tədbirlər görülüb: “Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb.

Qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi aradırılır”.


SON XƏBƏRLƏR